Leyla Medical Center-də baş vermiş ölüm hadisəsi ilə bağlı rəsmi açıqlama

Medianın diqqətinə!
Leyla Medical Center-də baş vermiş ölüm hadisəsi ilə bağlı rəsmi açıqlama:
Nəzərinizə çatdırmaq istəyirik ki, 26.07.2022 - ci il saat 15:48-də Təcili Tibbi Yardım vasitəsilə mərkəzimizə digər özəl tibb müəssisələrin birində müalicə alan, lakin, vəziyyəti ağırlaşan xəstə (Səudiyyə Ərəbistan vətəndaşı Muteb Almadui Saeed) təxliyə olunmuşdur.
Mərkəzimizə çatdırılan xəstənin vəziyyəti ilkin müayinə əsasında kəskin ağır olaraq dəyərləndirilmişdir (huşu soporoz, dəri və selikli qişaları kəskin avazımış, tənəffüsü taxipnoe tipli, Arterial təzyiqi 34:16, ürək döyüntüləri 106).
Mərkəzimizə köçürülən xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətinə uyğun olaraq müvafiq təyinata əsasən müalicəyə başlanılmışdır. Saat 18:45-də xəstənin ürək fəaliyyəti dayanmış, aparılan bütün tibbi müdaxilələrə və həkim səylərinə baxmayaraq, saat 19:10-da isə bioloji ölüm qeydə alınmışdır.
Qeyd: Leyla Medical Center-da baş verən bu halla bağlı aidiyyatı orqanlara məlumat verilmiş və lazımi tədbirlər görülmüşdür.
Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarından xahiş edirik ki, mərkəzimizin hüquqlarına hörmətlə yanaşaraq, yayılan hər bir xəbəri ictimai rəyi çaşdırmamaq üçün Leyla Medical Center-in mətbuat xidməti ilə dəqiqləşdirmədən ictimailəşdirməsinlər.