Beynəlxalq əlaqələrimiz

Beynəlxalq miqyasda, qabaqcil tibbi xidmət göstərən tibb müəssisələri ilə korporativ əlaqələlər çərçivəsində RMG olaraq:
- Mütəmadi şəkildə əməkdaşların xarici klinikalarda təcrübə proqramlarını dəstəkləyirik
- Pasiyent tələblərinə uyğun olaraq xarici mütəxəssislərin Azərbaycanda pasiyent qəbullarını
təşkil edirik
- Xarici klinikalara vətandaşların yönləndirilməsini və tibbi xidmətin təşkilində dəstək göstəririk
- Xarici həkimlərlə geniş miqyaslı elmi-praktiki konfranslar təşkil edirik
- Beynəlxalq Əlaqələrimiz daxilində Türkiyənin Aprojet Hava Ambulansı şirkəti ilə əməkdaşlığa
başlamışıq və bununlada xəstələrin xaricə təxliyyəsini daha da sürətləndirməyə nail olmuşuq

Azərbaycanda daha öncə aparılması mümkün olmayan rekonstruktiv cərrahi əməliyyatların
Azərbaycanda aparılması üçün Beynəlxalq səviyyədə tanınan Estetik-Plastik və Rekonstruktiv
Cərrahlar ilə əməkdaşlığa başlamışıq

Ölkəmizdə xüsusi ixtisaslar üzrə müalicə ala bilməyib, Türkiyə və digər xarici ölkələrə müalicə üçün gedən pasiyentlərə dəstək olmaq məqsədilə 2022-ci ilin aprel ayında Referans Medical Group və Türkiyənin "Anadolu Sağlık Merkezi” arasında memorandum imzalandı.

Memoranduma əsasən, “Anadolu Sağlık Merkezi”nin mütəxəssisləri mütəmadi olaraq Azərbaycana dəvət olunaraq “Referans Medical Group” daxilində fəaliyyət göstərən klinikalarda pasiyent qəbulları həyata keçirəcəklər.

İnanırıq ki, xarici mütəxəssislər və yerli peşəkarların birgə əməkdaşlığı çərçivəsində əldə edilən təcrübə vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verəcək.

Həmçinin, pasiyentlər “Anadolu Sağlık Merkezi”nin həkimlərinin xidmətlərindən onlayn konsultasiya vasitəsilə də yararlana biləcəklər.

Eyni zamanda qeyd etmək istərdik ki, 2022-ci ilin noyabr ayında “Referans Medical Group” və Rusiyanın Sankt Peterburq şəhərində yerləşən “Институт мозга человека им. Н.П.Бехтеревой” arasında memorandum imzalandı.

Memoranduma əsasən, “Институт мозга человека им. Н.П.Бехтеревой ”dan dəvətli mütəxəssislər mütəmadi olaraq Azərbaycana dəvət olunacaq və “Referans Medical Group” daxilində fəaliyyət göstərən klinikalarda pasiyent qəbulları həyata keçirəcəklər.

Daha çox oxu