Tibbi Turizm — Referans Medical Group

Azərbaycan son illər turizm istiqamətində sürətlə inkişaf edən ölkəyə çevrilmişdir və bu inkişaf tibbi turizm üçün də geniş imkanlar açır. Referans Medical Group bu potensialı reallığa çevirərək, xarici pasiyentlərə beynəlxalq standartlara uyğun, ölkə daxilində tam əhatəli tibbi xidmət təqdim edir. Üstünlüyümüz sadədir: diaqnostikadan müalicəyə, müalicədən reabilitasiyaya qədər bütün mərhələləri öz komandamızın nəzarəti altında, vahid koordinasiya ilə həyata keçiririk.

Bütün prosesi tam nəzarətdə saxlayırıq

Pasiyentin ölkəyə gəlişindən müalicənin tamamlanmasınadək hər addım öz komandamız tərəfindən idarə olunur. 7000-dən çox laborator müayinəni analizləri xaricə göndərmədən öz laboratoriyamızda, MRT, KT, rentgen və digər instrumental diaqnostikaları isə öz mərkəzlərimizdə yerinə yetiririk. Bu, həm nəticələrin sürətini, həm də keyfiyyət nəzarətinin bütövlüyünü təmin edir — pasiyent müxtəlif müəssisələr arasında gedib-gəlmək məcburiyyətində qalmır.

İnkişaf etmiş və üstün ixtisaslaşdığımız istiqamətlər

İllər ərzində bir sıra sahələrdə xüsusi təcrübə və güclü mövqe formalaşdırmışıq:

Pediatriya. Uşaq sağlamlığının bütün istiqamətləri — diaqnostikadan pediatrik reabilitasiyaya və pediatrik təcili yardıma qədər — ixtisaslaşmış həkim komandamızla əhatə olunur.
Reproduktiv sağlamlıq və IVF. Embriologiya, genetika və ginekologiya sahələrindəki imkanlarımızla süni mayalanma və reproduktiv tibb istiqamətində xidmət göstəririk.
Stomatologiya. Müasir avadanlıqlarla təchiz olunmuş stomatoloji xidmətlərimiz estetik və müalicəvi diş həkimliyini əhatə edir.
Estetik və plastik cərrahiyyə. Referans Estetik Cərrahiyyə Mərkəzimizdə, o cümlədən beynəlxalq səviyyədə tanınan estetik, plastik və rekonstruktiv cərrahlarla əməkdaşlıq çərçivəsində, əvvəllər ölkədə aparılması çətin olan əməliyyatlar həyata keçirilir.
LOR (Otorinolarinqologiya). Qulaq, burun və boğaz xəstəliklərinin diaqnostikası və müalicəsi ixtisaslaşmış həkimlərimiz tərəfindən təmin olunur.

Bu istiqamətlər genetika, mikrobiologiya, patohistologiya, kardiologiya, nevrologiya, urologiya, damar cərrahiyyəsi və neyrocərrahiyyə kimi çoxprofilli xidmətlərlə tamamlanır — beləliklə pasiyentin kompleks ehtiyacları tək bir qrup daxilində qarşılanır.

Beynəlxalq etibar və əməkdaşlıqlar

Referans Medical Group beynəlxalq miqyasda qabaqcıl tibb müəssisələri ilə əməkdaşlıq qurmuşdur. Türkiyənin Anadolu Sağlık Mərkəzi ilə imzalanmış memorandum çərçivəsində xarici mütəxəssislər mütəmadi olaraq Azərbaycana dəvət edilir, pasiyentlərimiz həm yerində, həm də onlayn konsultasiyalardan yararlana bilirlər. Zərurət yarandıqda isə Apronjet Hava Ambulansı ilə əməkdaşlığımız sayəsində pasiyentin ölkələrarası təxliyəsini sürətlə təşkil edirik.

Konsyerj xidməti — hər detalın qayğısına qalırıq

Xarici pasiyentlərimiz üçün müalicə prosesini stresssiz və rahat etmək məqsədilə fərdi konsyerj xidməti təqdim edirik. Bu xidmət çərçivəsində qəbulların planlaşdırılması və koordinasiyası, tərcümə dəstəyi, hava limanı transferləri, yerləşmə təşkilatçılığı və müalicə boyunca fasiləsiz müşayiət təmin olunur. Məqsədimiz odur ki, pasiyent yalnız sağlamlığına fokuslanan, qalan bütün təşkilati məsələləri isə bizə etibar edə bilsin.

Referans Medical Group — Azərbaycanda etibarlı, keyfiyyətli və tam əhatəli tibbi turizm təcrübəsi üçün doğru ünvandır.