Sənaye Təbabəti

Referans Medical Group müəssisələr üçün sənaye təbabəti və işçi sağlamlığı sahəsində kompleks tibbi xidmətlər təqdim edir. Xidmətlərimiz Azərbaycan Respublikasının qanunvericiliyinə, sənaye təbabəti prinsiplərinə, beynəlxalq standartlara, o cümlədən STCW və OEUK (əvvəlki OGUK) tələblərinə uyğun şəkildə həyata keçirilir.

Məqsədimiz əməkdaşların sağlamlığının qorunması, peşə risklərinin erkən aşkar olunması, peşə xəstəliklərinin qarşısının alınması və işə yararlılığın obyektiv qiymətləndirilməsidir. Müayinələr işçinin vəzifəsinə, iş şəraitinə və mövcud risk faktorlarına uyğun olaraq təşkil edilir.

Referans Medical Group aşağıdakı xidmətləri təqdim edir:
- Onshore və offshore əməkdaşları üçün işəqəbul öncəsi (Pre-Employment) və dövri (Periodic) tibbi müayinələr;
- STCW tələblərinə uyğun dənizçi tibbi müayinələri;
- OEUK (əvvəlki OGUK) tələbləri nəzərə alınmaqla tibbi qiymətləndirmələr;
- İşə qayıdış (Return-to-Work) müayinələri;
- Peşə risklərinə məruz qalan əməkdaşlar üçün sağlamlıq monitorinqi proqramları;
- Sürücülər, xüsusi texnika operatorları və digər yüksək riskli peşə sahibləri üçün tibbi müayinələr;
- Qida sənayesi, ictimai iaşə obyektləri, mətbəx və yeməkxana əməkdaşları üçün tibbi müayinələr və sağlamlıq nəzarəti.

Müayinələrə həkim konsultasiyaları, laborator analizlər, elektrokardioqrafiya (EKQ), rentgen müayinələri, görmə və eşitmə testləri, funksional qiymətləndirmələr və iş şəraitinin xüsusiyyətlərinə uyğun digər müayinələr daxildir. Referans Klinik Laboratoriya Mərkəzinin 10 əsas bölmə üzrə 7000-dən çox laborator müayinə imkanı sayəsində analizlərin böyük əksəriyyəti vahid keyfiyyət nəzarəti altında, öz laboratoriyamızda yerinə yetirilir.

Bundan əlavə, Referans Medical Group müəssisələrin ərazisində və fəaliyyət sahələrində tibbi xidmətlərin təşkilini və idarə olunmasını həyata keçirir:
- Müəssisə ərazisində növbəöncəsi və reysöncəsi tibbi müayinələrin həyata keçirilməsi;
- Sürücülərin, operatorların və digər risk qrupuna aid əməkdaşların sağlamlıq vəziyyətinin gündəlik qiymətləndirilməsi;
- Zərurət yarandıqda alkoqol və narkotik vasitələrin istifadəsinə nəzarət məqsədilə testlərin aparılması;
- İşə yararlılıq barədə tibbi rəyin verilməsi;
- Müəssisə ərazisində tibbi məntəqələrin təşkili və idarə olunması;
- Müəssisələrin ərazisində səyyar tibbi qruplar vasitəsilə işçilərin tam tibbi müayinələrinin (check-up) təşkili və həyata keçirilməsi;
- Təcili tibbi yardım və ilkin tibbi yardım xidmətlərinin göstərilməsi;
- Gəmilərdə tibbi təminat, gəmi həkimi və tibb işçilərinin xidmətləri, heyətin sağlamlıq nəzarəti və təcili tibbi yardımın təşkili.

Müasir tibbi avadanlıqlar, təcrübəli həkim və orta tibb işçiləri, eləcə də sənaye təbabəti sahəsində geniş təcrübəsi sayəsində Referans Medical Group müəssisələrə etibarlı, operativ və beynəlxalq standartlara uyğun tibbi xidmətlər təqdim edir. Xidmətlərimiz istehsalat müəssisələri, tikinti sahələri, enerji və neft-qaz sektoru, logistika, nəqliyyat, dənizçilik, qida sənayesi və digər sənaye sahələrinin tələblərinə uyğun şəkildə təşkil olunur.

Əməkdaşların sağlamlığının qorunması, peşə xəstəliklərinin qarşısının alınması və təhlükəsiz iş mühitinin formalaşdırılması Referans Medical Group-un əsas prioritetlərindəndir.

Referans Medical Group tərəfindən müxtəlif sənaye, enerji, logistika və dəniz layihələrində tibbi məntəqələr fəaliyyət göstərir. Dəniz layihələrində isə gəmi həkimlərinə əlavə olaraq 24/7 rejimində CMO (Chief Medical Officer) dəstəyi göstərilir.

Tibbi məntəqələrin əsas məqsədi əməkdaşların sağlamlığının qorunması, təcili hallara operativ tibbi yardımın göstərilməsi, iş vaxtı itkilərinin azaldılması və layihələrin fasiləsiz fəaliyyətinin təmin edilməsidir. Yerində fəaliyyət göstərən həkim, feldşer və ambulans heyəti sayəsində tibbi hallara dərhal müdaxilə edilir, zərurət yarandıqda tibbi təxliyə və ixtisaslaşmış tibb müəssisələrinə daşınma təşkil olunur. Referans Ambulans və Hava Ambulansı xidmətlərimizlə ölkədaxili və ölkəxarici təxliyə vahid koordinasiya altında həyata keçirilir.

Peşəkar tibbi heyət, müasir tibbi avadanlıqlar, ambulans təminatı və 24/7 CMO dəstəyi müəssisələrin sağlamlıq və təhlükəsizlik göstəricilərinin yüksəldilməsinə, əməkdaşların rifahının qorunmasına və əməliyyat risklərinin minimuma endirilməsinə imkan yaradır.