Referans Ambulans
Referans Ambulans, Referans Medical Group-un tərkibində fəaliyyət göstərən və Azərbaycanda ilk özəl Təcili Tibbi Yardım xidmətidir. Ən kritik anlarda pasiyentlərimizə sürətli və etibarlı tibbi yardım çatdırmaq — fəaliyyətimizin əsas məqsədidir. Məhz bu səbəbdən təcrübəli və dinamik tibbi heyətimizlə həftənin 7 günü, gün ərzində 24 saat, dayanmadan xidmətinizdəyik.
Xidmətimizin əsasını tam təchizatlı, müasir reanimobil parkımız təşkil edir. Ambulans maşınlarımız və reanimobillərimiz ən müasir tibbi avadanlıqlarla — süni tənəffüs, monitorinq və reanimasiya sistemləri ilə — təchiz olunub və faktiki olaraq təkərlər üzərində hərəkət edən intensiv terapiya bölməsi kimi çalışır. Beynəlxalq standartlara uyğun olaraq briqadalarımız çağırış qəbul edildikdən sonra 2 dəqiqə ərzində yola çıxır və ən qısa müddətdə hadisə yerinə çatır. Genişlənən avtopark və şəbəkəmiz sayəsində yalnız Bakıda deyil, Respublikanın istənilən bölgəsində, o cümlədən Qarabağda da pasiyentlərimizin sağlamlığının keşiyində dayanırıq.
Fəaliyyətimiz yalnız təcili çağırışlarla məhdudlaşmır. Pediatrik Təcili Tibbi Yardım xidmətimizlə ən kiçik pasiyentlərimizin — uşaqların sağlamlığını xüsusi qayğı və uşaq təbabəti üzrə ixtisaslaşmış həkimlərlə qoruyuruq. Pasiyent təxliyəsi istiqamətində isə pasiyentin bir tibb müəssisəsindən digərinə və ya Respublikanın istənilən nöqtəsinə təhlükəsiz nəqlini təmin edirik.
Stand by (müşayiət) xidmətimiz iri tədbirlər, konsertlər, idman yarışları və korporativ görüşlər üçün əvəzsiz həlldir. İştirakçıların sağlamlığına zəmanət vermək üçün tam təchizatlı tibbi briqadamız və ambulansımız tədbirin sonunadək müəyyən olunmuş zonada hazır vəziyyətdə dayanır — beləliklə hər an operativ müdaxilə mümkün olur.
Ən əhəmiyyətli üstünlüklərimizdən biri isə Hava Ambulansı imkanıdır. Referans Medical Group, Türkiyənin Apronjet havacılıq şirkətinin Azərbaycandakı rəsmi distribyutoru olaraq, pasiyentin vəziyyəti və istəyinə uyğun xüsusi təchiz olunmuş hava ambulansı ilə transferi həyata keçirir. Bu xidmət çərçivəsində pasiyentlərin istənilən xarici ölkəyə göndərilməsi və ya xarici ölkədən Azərbaycana təxliyəsi mümkündür. Beynəlxalq miqyaslı tibbi provayder olaraq, quru və hava təxliyəsini vahid koordinasiya altında birləşdirir və pasiyenti hadisə yerindən son müalicə mərkəzinə qədər fasiləsiz müşayiət edirik.