Korporativ Əməkdaşlıq

Referans Medical Group geniş çeşidli tibbi xidmət göstərən müasir və çoxprofilli klinikalar şəbəkəsi ilə pasiyentlərlə yanaşı korporativ müştərilərlə əməkdaşlığa da xüsusi önəm verir. Bu baxımdan, əməkdaşlığın inkişafı və uzunmüddətli olması, dürüstlük, qarşılıqlı inam və hörmət, etibarlılıq və məsuliyyət əsasında davam etdirilməsində maraqlıyıq və bu istiqamətdə ciddi əzmkarlıqla fəaliyyət göstəririk.


Referans Medical Group öz korporativ müştərilərinə yüksək keyfiyyətli müayinələr təqdim edir. Bizə müraciət edən pasiyentlərimizin ehtiyac və tələbatlarına uyğun xidmətlərlə təmin etmək üçün xidmət sahəmizi davamlı olaraq genişləndiririk.


Korporativ müştərilərimizə qarşı münasibətdə yüksək standartlara cavab verən korporativ müştəri xidmətlərini təmin edib, fərdi yanaşma və çevik qiymət siyasətini həyata keçiririk. Onlarla bağladığımız müqavilələr işçilərə nəinki iş yerindən ayrılmamaq şərti ilə tibbi xidmət göstərməyə, həm də şikrətlərin profillərinə uyğun yaradılan xüsusi check up müayinələrdən keçməyə imkan verir.


Uzunmüddətli korporativ əməkdaşlıq zamanı korporativ şirkət əməkdaşlarına təqdim olunan özəl “Gold” və “Platınum” endirimli kartlar vasitəsilə korporativ müştərilərimiz Referans Medical Group-a daxil olan klinikalar şəbəkəsində bütün xidmətlərdən fərdi şəkildədə endirimlə faydalana bilər.

Əməkdaşlıq etdiyimiz bütün fərdi və korporativ pasiyentlərimizə bizi seçdikləri üçün təşəkkür edir və daim sağlam olmalarını arzulayırıq. 





 
Bizimlə əməkdaşlıq üçün: korp@rmg.az

Daha çox oxu