Leyla Medical Center-dən YENİLİK! ReGen•Baku Kök Hüceyrə Mərkəzi fəaliyyətə başladı…

Leyla Medical Center-dən YENİLİK! ReGen•Baku Kök Hüceyrə Mərkəzi fəaliyyətə başladı…
7-8 Dekabr tarixində əməkdaşlıq çərçivəsində,Türkiyədən dəvətli Beynəlxalq Kök Hüceyrə Tətbiqləri Assosiasiyası (ISSCA) və ReGen klinikalar şəbəkəsinin rəhbər heyəti Azərbaycana gəlmiş, ReGen Kök hüceyrə mərkəzinin açılışı baş tutmuşdur. 7 Dekabr Leyla Medical Center daxilində ReGen Kök hüceyrə mərkəzinin rəsmi açılışı baş tutmuş, təlim proqramı keçirilmiş, 8 Dekabr isə təcrübə keçirilmiş, iştirakçılara Beynəlxalq ISSCA sertifikatları təqdim olunmuşdur.
Təlim proqramı Amerikadan dəvətli Dr.Maritza Novas ,
Türkiyədən dəvətli Prof.Dr.Serdar Kabataş , Prof.Dr. Melih Sezgic ,.Dr.Erdinç Civelek və ReGen•Baku Kök Hüceyrə Mərkəzinin rəhbəri, Nevroloq və Kök hüceyrə mütəxəssisi Dr.Aytən Əliyeva tərəfindən keçirilmişdir.