Özbəkistanın paytaxtı Daşkənd şəhərində Referans Klinik Laboratoriya Mərkəzinin yeni açılan Daşkənd filialı artıq fəaliyyətinə başlamışdır!

Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi Azərbaycanda olan 7 illik fəaliyyəti daxilində, tətbiq etdiyi keyfiyyətli xidmət, dəqiq diaqnostik müayinələr, düzgün laborator diaqnostika ilə kifayət qədər pasiyentin etibarını qazanmışdır. Artıq bu təcrübəmizi və peşəkar xidmətlərimizi Özbəkistanda fəaliyyətə başlayan yeni laboratoriyada tətbiq etməyi, Özbəkistan səhiyyəsinin inkişafına dəstək göstərməyi, eyni zamanda orada yaşayan əhalinin sağlamlığının qeydinə qalmağı qarşımıza əsas məqsəd kimi qoymuşuq.

Açılış mərasimində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyinin diplomatik heyəti - müşavir Mahir Cəfərov, I katib İlqar İbrahimov, hərbi attaşe Samir Əfəndiyev, hərbi attaşenin köməkçisi Aydın Rəhimov iştirak etmişdirlər və yeni açılan mərkəzin hər iki ölkə üçün olan əhəmiyyətləri haqqında danışdılar.

Rəsmi açılışdan sonra Daşkənd şəhərində həm dövlət, həm özəl müəssisələrində fəaliyyət göstərən müxtəlif ixtisaslı həkimlər üçün laboratoriya daxili yaradılan şərait və cihazlar, eyni zamanda ilk dəfə olaraq məhz Referans Laboratoriyasında aparılacaq xüsusi laborator analizlər və genetik müayinələr haqqında məlumat verildi.

3 Noyabr 2023-cü ildə baş tutan açılış mərasimindən görüntülər təqdim edirik.

Əldə etdiyiniz nəticə sadəcə rəqəm deyil...