"Kardionkologiya:problemə müasir baxışlar" adlı beynəlxalq elmi-praktik konfrans

2-4 fevral tarixlərində Akad.C.Abdullayev adına Elmi-tətqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı və Referans Medical Group-un dəstəyi ilə Heydər Əliyev İli çərçivəsində "Kardionkologiya:problemə müasir baxışlar" adlı beynəlxalq elmi-praktik Konfrans keçirilmişdir.

3 gün davam edən tədbirdə həkimlər üçün EKQ,Kardiakanatomiya, CPR və EXO-KQ kursları keçirildi, tədbirin rəsmi hissəsində isə aktual problemlər və onlara müasir yanaşma müzakirə olundu.

Tədbirdə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini İlqar Qasımov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, həmçinin Türkiyə və Azərbaycanın tanınmış elm xadimləri, millət vəkilləri və KİV nümayəndələri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra tədbir iştirakçılarına ETKİ tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub.

Tədbirdə Referans Medical Group stendi ilə həkimlərə yeni və xüsusi xidmətlərimizin tanıtımı baş tutdu. Referans Klinik Laboratoriya Mərkəzində aparılan kardioloji, kardionkoloji və genetik testlər haqqında məlumat verildi, eyni zamanda Referans Ambulans xidməti, Səyyar anestezioloji xidmət və Ünvanda tibbi xidmətlərimiz, xüsusilə ünvanda icra olunan kardioloji müayinələr haqqında məlumat verildi.