Leyla Medical Center
Hazırki adıyla Leyla Medical Center 1999-cu ildə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Leyla Şıxlinskaya Klinikasıdır. Klinikamız 2019-cu ildən Leyla Medical Center olaraq fəaliyyətini daha mütəşəkkil əsaslarla - yeni ad, daha geniş xidmət çeşidi, daha peşəkar həkimlərlə davam etdirir. Ən müasir tibbi texnologiyalarla təchiz olunmuş Leyla Medical Center qabaqcıl dünya təcrübəsindən istifadə edərək, pasiyentlərinin məmnuniyyətini daha da artırmaq üçün dayanmadan, dinamik heyətlə 24 saat fasiləsiz peşəkar tibbi xidmət göstərməkdədir.
Məqsədimiz Azərbaycan səhiyyəsində prioritet sahələr üzrə yeni innovasiyaları müalicə metodlarına tətbiq etmək, ən son tibbi texnologiyalardan istifadə etməklə sağlamlıq sektorunda marka yaratmaq, qazandığımız uğurları dünya səhiyyə sisteminə inteqrasiya etmək, yerli və xarici vətəndaşlara yüksək səviyyədə diaqnostik və müalicə xidmətləri göstərməkdir.
24 illik fəaliyyətimiz çərçivəsində əsas məqsədimiz əhalinin sağlamlığının yaxşılaşdırılmaq, səhiyyə sisteminin inkişafına və bu sahəyə olan etimadın daha da gücləndirilməsinə dəstək olmaqdır. Eyni zamanda, reproduktiv sağlamlıq strateqiyasını yaxşılaşdırmaqla yanaşı, Azərbaycan səhiyyəsində prioritet sahələr üzrə yeni innovasiyaları və müalicə metodlarını tətbiq etmək, ən son tibbi texnologiyalardan istifadə etməklə sağlamlıq sektorunda marka yaratmaq, qazandığımız uğurları dünya səhiyyə sisteminə inteqrasiya etmək, yerli və xarici vətəndaşlara yüksək səviyyədə diaqnostik və müalicə xidmətləri göstərməkdir. Bunun nəticəsi olaraqda 2022-ci ildə "İntertek Azeri LTD" MMC tərəfindən Mərkəzimizdə keçirilən Beynəlxalq Standarta uyğunluq üzrə audit nəticəsində ISO 9001:2015 sertifikatına layiq görüldük.
BİZİM MİSSİYAMIZ
Keyfiyyət sahəsində müəyyənləşdirilmiş məqsədlərin davamlı izlənilməsini təmin etmək və keyfiyyəti hər zaman ön planda tutmaqla, idarəetmə sisteminin effektivliyini artırmaq.
BİZİM VİZYONUMUZ
Yerli və xarici pasiyentlərimizin özlərini etibarlı hiss etdikləri və bütün gözləntilərinin qarşılandığı ən yüksək səviyyədə bərabərhüquqlu xidmət göstərən sağlamlıq müəssisələrinin zəncirlərini yaratmaq.
Həkimlərimiz
Azərbaycanda peşəkar və etibar edə biləcəyimiz bir şirkət
Əməkdaşlarımızın sağlamlığını tam əminliklə etibar edə biləcəyimiz tərəfdaş
5 ilə yaxındır müraciət etdiyimiz və daim xidmtələrində razı qaldığımız bir mərkəz.Hər birinizə uğurlar!
Hər zaman övladlarımın sağlamlığı etibar etdiyim peşəkar komanda!