Regen•Baku Kök Hüceyrə Mərkəzi

Leyla Medical Center-dən daha bir YENİLİK! ReGen Baku Kök Hüceyrə Mərkəzi fəaliyyətə başladı…

Beynəlxalq təcrübəyə malik, “ReGen Point of care” klinikalar şəbəkəsinin Azərbaycanda ilk və tək mərkəzi Leyla Medical Center daxilində fəaliyyətə başlamışdır. “ReGen Point of care” sadəcə bir klinika deyil, bilik, yaradıcılıq və 15 illik təcrübənin bir araya gələrək yaratdığı klinikalar şəbəkəsidir. ReGen 10 ölkə (Türkiyə, Özbəkistan, Belçika, Meksika, Argentina, İndoneziya, B.Ə.Ə., Bolqarıstan və s.) üzrə 14 klinika ilə fəaliyyət göstərməkdədir. Mərkəzlərdə ISSCA Elmi Şurası tərəfindən hazırlanmış və Qızıl Standart hesab olunan Kök Hüceyrə protokollarından istifadə olunur. Protokollar, Regenerativ Tibb sahəsində ən son tibbi məqalələrlə və holistik yanaşmaya əsaslanmaqdadır.

7-8 Dekabr 2024-cü il tarixində Leyla Medical Center daxilində ReGen Baku Kök hüceyrə mərkəzinin açılışı baş tutmuşdur. 7 Dekabr rəsmi açılışı və təlim proqramı, 8 Dekabr isə təcrübə proqramı keçirilərək iştirakçılara Beynəlxalq ISSCA sertifikatları təqdim olunmuşdur.Təlim proqramı, Amerikadan və Türkiyədən dəvətli həkim komandası ilə yanaşı ReGen Baku Kök Hüceyrə Mərkəzinin, Kök hüceyrə mütəxəssisi tərəfindən keçirilmişdir.
Kök hüceyrə terapiyası, orqanizmin müxtəlif toxumalarını, orqanlarını bərpa etmək, yeniləmək və müalicə etmək məqsədi ilə kök hüceyrələrdən istifadə edən müalicə metodudur. Kök hüceyrələr, digər hüceyrələrə çevrilə bilən və bədənin müxtəlif funksiyalarını yerinə yetirən hüceyrələrdir. Kök hüceyrə terapiyasının əsas məqsədi zədələnmiş toxumaların və orqanların bərpasını təmin etməkdir.

Mərkəzin üstünlükləri:
* 15 İllik Beynəlxalq təcrübə
* Bütün dünyada qəbul olunan kök hüceyrə ilə müalicə
* Qızıl standart hesab olunan protokollar
* Regenerativ təbabət üzrə ixtsaslaşmış həkim komandası
* Yüksək xidmət keyfiyyəti
* GMP laboratoriyaları

Hədəfimiz “Kök hüceyrə möcüzələr” ilə həyatınıza toxunmaqdır!

Kök hüceyrə terapiyası Tibbin bir çox sahələrində istifadə olunmaqdadır.
* Plastik cərrahiyyə
* Ortopediya və travmatologiya
* Dermatologiya və saç tökülməsi
* Kardiologiya
* Nevrologiya
* Ginekologiya
* Urologiya
* Onkologiya
* Sonsuzluq və reproduktiv problemlər
* Anti-aging

Kök hüceyrələrin istifadəsi müxtəlif tibbi sahələrdə genişləndikcə, regenerativ tibb və müalicə metodları üçün yeni imkanlar açılmaqdadır.

Daha çox oxu

Həkimlərimiz

Pasiyent məmnunluğu