"Meymun çiçəyi" nin simptomları

Meymun çiçəyi xəstəliyi, Poxviridae virus ailəsinə və Orthopoxvirus cinsinə aid olan Monkeypox virusunun yaratdığı xəstəlikdir. Meymun çiçəyi insanlara virusa yoluxmuş heyvandan və insandan keçə bilər. Virusa yoluxma daha çox təmas, hava-damcı yolu ilə, yoluxmuş yataq dəstləri, yoluxmuş əşyalar vasitəsilə mümkündür.

Meymun çiçəyi virusunun ilkin simptomlarına daxildir:

  • yüksək hərarət
  • şiddətli baş ağrısı
  • spesifik səpgilər
  • limfa düyünlərində şişkinlik
  • əzələ ağrıları
  • halsızlıq

Xəstəliyin gizli (inkubasiya) dövrü Dünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, 5 ilə 21 gün arasında dəyişməkdədir. Yüksək hərarətin başlanmasından 1-3 gün (bəzən daha uzun) sonra xəstədə spesifik səpgilər əmələ gəlir, adətən üzdən başlayır və bədənin digər hissələrinə yayılır. Bəzi xəstələrdə səpgilər cinsiyyət orqanlarında, gözlərdə və ağızın selikli qişasında da görünə bilər.

Səpgilərin oxşarlığına görə xəstəliyi suçiçəyi ilə qarışdırmaq olar. Meymun çiçəyi virusunda, digər çiçək virusu ailəsi nümayəndələrindən fərqli olaraq , limfa düyünlərinin böyüməsi (limfoadenopatiya) müşahidə edilir. Xəstəliyin ağırlığından asılı olaraq səpgilər 2-4 həftə ərzində tamamilə yox olur.

Hal hazırda suçiçəyi virusu da çox yayılmışdır. Suçiçəyi virusunu Meymun çiçəyindən fərqləndirmək (differensasiya etmək) üçün PCR analizilə dəqiqləşdirmək olar.

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikə yaxınlaşaraq Meymun çiçəyi PCR testini verə bilərsiniz.