Bədii Gimnastika üzrə dünya kubokunun Tibbi Tərəfdaşı - Referans Medical Group

7-9 may tarixlərində Bakıda, Milli Gimnastika Arenasında Bədii gimnastika üzrə XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışı keçirildi.

Yarışda 35 ölkdən 167 gimnast iştirak edirdi. Pandemiya şəraiti ilə əlaqədar yarışda sanitar-epidemioloji qaydalara tam riayət olunurdu. Qayda olaraq arenaya daxil olan hər bir kəs ekspress COVID-19 testindən keçərək yalnız neqativ cavab aldıqdan sonra yarışa buraxılırdı. Bu qayda kimliyindən asılı olmayaraq hər kəsə şamil olunurdu.

Məhz, bu önəmli və məsuliyyətli iş Referans Medical Group-a həvalə olundu. Bədii Gimnastika üzrə dünya kubokunun Tibbi Tərafdaşı məhz Referans Medical Group təyin olundu.

Azərbaycan Gimnastika Federasiyasına bu etimadı üçün təşəkkür edirik!

 

Etimadınız-Qürurumuzdur!