Referans Salyan Səyyar Qanalma Məntəqəsi (Salyan “ASAN xidmət” mərkəzi daxilində) fəaliyyətə başladı

Referans Medical Group və “ASAN xidmət” əməkdaşlığı çərçivəsində Salyan “ASAN xidmət” mərkəzində yeni Səyyar Qanalma Məntəqəmiz istifadəyə verilib!

Artıq vətəndaşlar Salyan “ASAN xidmət” mərkəzinə müraciət edərkən laborator analizlər üçün də nümunə verə bilərlər.

Bu layihə səhiyyə xidmətlərinə çıxışı asanlaşdırmaq, vətəndaşlara daha rahat və operativ xidmət göstərmək məqsədi daşıyır.

Qan analizlərinin qəbulu:
Bazar ertəsi – cümə: 09:00–16:00
Şənbə: 09:00–15:00

Digər biomaterialların qəbulu:
Bazar ertəsi – şənbə: 09:00–14:00

Ünvan: Salyan rayonu, Ələt-Astara (köhnə) avtomobil yolunun 55-ci kilometri, Salyan “ASAN xidmət” mərkəzinin daxilində.

Çağrı Mərkəzi: *0033