Referans Hayat Hospitalda Qastroenterologiya və Lazer Proktologiya Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda tibbi xidmətlərin inkişafına və müasir müalicə imkanlarının tətbiqinə xüsusi önəm verən Referans Medical Group fəaliyyətini genişləndirməkdə davam edir. Referans Medical Group daxilində fəaliyyət göstərən Referans Hayat Hospitalda tibbin müxtəlif istiqamətləri üzrə xidmətlər pasiyentlərin ehtiyaclarına uyğun olaraq daim yenilənir və təkmilləşdirilir.

Bu istiqamətdə növbəti addım olaraq Referans Hayat Hospitalda Qastroenterologiya və Lazer Proktologiya Mərkəzinin açılışı olub. Yeni mərkəzdə mədə-bağırsaq və proktoloji xəstəliklərin müasir üsullarla müayinə, diaqnostika və müalicəsi həyata keçirilir.

Açılış mərasimində Referans Medical Group Müşahidə Şurasının sədri Hansıyar Babayev çıxış edib. O, səhiyyə xidmətlərinin inkişaf etdirilməsinin, müasir tibbi texnologiyaların tətbiqinin və ixtisaslaşmış xidmətlərin pasiyentlər üçün daha əlçatan olmasının vacibliyini vurğulayıb.

Mərkəzin Qastroenterologiya bölməsində mədə və bağırsaq xəstəlikləri ilə yanaşı, qaraciyər, öd yolları və mədəaltı vəzi ilə bağlı xəstəliklərin müayinə, diaqnostika və müalicəsi aparılır.

Lazer Proktologiya bölməsində isə hemoroid, anal çat, anal fistula və digər proktoloji xəstəliklərin müalicəsində müasir lazer texnologiyalarından istifadə olunur.

Mərkəzdə müayinə və müalicə Olympus EVIS X1 qabaqcıl endoskopiya sistemi, müasir tibbi avadanlıqlar və ixtisaslaşmış həkim heyəti tərəfindən həyata keçirilir. Pasiyentlərin ilkin müraciətindən diaqnostika və müalicəyə qədər bütün mərhələlər üzrə tibbi xidmətlər təqdim olunur.

Bütün xəstəliklərdə olduğu kimi, qastroenteroloji və proktoloji xəstəliklərdə də vaxtında müayinə və düzgün diaqnostika mühüm əhəmiyyət daşıyır. Mədə-bağırsaq və ya proktoloji şikayətləriniz varsa, Referans Hayat Hospitalın Qastroenterologiya və Lazer Proktologiya Mərkəzinə müraciət edə bilərsiniz.