Biz artıq Ağ Şəhərdəyik!

Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin Ağ Şəhər Filialı fəaliyyətə başlayıb!

Ağ Şəhər ərazisində əhalinin sürətlə artması, eləcə də bölgədə biznes, kommersiya və korporativ mühitin inkişafı tibbi xidmətlərə olan tələbatı artırır. Bu ərazidə yaşayan və çalışan pasiyentlərin laborator müayinələr və digər tibbi xidmətlər üçün şəhərin digər hissələrinə müraciət etməsi isə məsafə, nəqliyyat və vaxt baxımından müəyyən çətinliklər yaradırdı. Bununla bağlı bizə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, yeni filialımızı Ağ Şəhərdə istifadəyə verdik.

Filial müasir korporativ standartlara uyğun şəkildə qurulub. Ərazinin dinamik və müasir mühitinə uyğun infrastrukturu ilə yanaşı, sürətli və keyfiyyətli xidmət prosesinin təşkili də əsas prioritetlərdəndir.

Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin Ağ Şəhər Filialında geniş spektrli laborator müayinələr, diaqnostik xidmətlər və müxtəlif ixtisaslar üzrə həkim qəbulları həyata keçirilir. Yüksək texnologiyalı tibbi avadanlıqlarla təchiz olunan filialda peşəkar tibbi heyət tərəfindən pasiyent yönümlü xidmət göstərilir.

Yeni filial Ağ Şəhər və ətraf ərazilərdə yaşayan, eləcə də burada çalışan pasiyentlərin tibbi xidmətlərə çıxışını asanlaşdırır və müalicə proseslərinin fasiləsiz davam etdirilməsinə imkan yaradır.

Ağ Şəhərdə yeni ünvanımızda sizi qarşılamaqdan məmnunuq!

Ünvan: 2-ci Yaşıl Ada küçəsi, Bakı, AZ1025
Çağrı Mərkəzi: *0033
Əlaqə: +994 70 387 00 33