Referans Medical Group ilə Cedars-Sinai International arasında növbəti işgüzar görüş keçirilib.
Görüş American Hospital Tbilisi-nin daxil olduğu Referans Medical Group-un Azərbaycandakı baş ofisində keçirilib. Görüşdə Referans Medical Group-u Müşahidə Şurasının sədri Hansıyar Babayev və nümayəndə heyəti, Cedars-Sinai International-ı isə beynəlxalq fəaliyyət üzrə baş icraçı direktor Heitham Hassoun və nümayəndə heyəti təmsil edib.
Görüş çərçivəsində ilk olaraq yeni fəaliyyətə başlamış Referans Sea Breeze Hospital ilə tanışlıq təşkil olunub. Ardınca strateji tərəfdaşlıq çərçivəsində American Hospital Tbilisi-nin davamlı inkişafı, klinik mükəmməllik, innovasiya və beynəlxalq tibbi təcrübə mübadiləsinə yönəlmiş əməkdaşlıq imkanları müzakirə edilib.
Xatırladaq ki, 1902-ci ildə təsis olunmuş Cedars-Sinai ABŞ-ın ən böyük qeyri-kommersiya xəstəxanalarından biri olmaqla yanaşı, tibbi innovasiya, elmi araşdırmalar və yüksək səviyyəli pasiyent xidməti ilə dünya miqyasında tanınır.
Bu əməkdaşlıq Referans Medical Group-un beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi, qlobal səhiyyə standartlarının tətbiqi və regionda müasir tibbi xidmətlərin inkişafı istiqamətində fəaliyyətinin daha da gücləndirilməsinə xidmət edir.