“Atəşgah” Sığorta Şirkəti ASC və Referans Medical Group arasında memorandumu imzalandı

“Atəşgah” Sığorta Şirkəti ASC və Referans Medical Group arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum çərçivəsində müştərilərə Tibbi sığorta sahəsində yeni məhsulların təqdim edilməsi nəzərdə tutulur.Məqsəd həm fərdi müştərilərə, həm də ailələrə yüksək keyfiyyətli tibbi xidmətlərin təmin edilməsini asanlaşdırmaqdır. Tədbirdə hər iki şirkətin rəhbər şəxsləri iştirak edib. Memorandumu “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədov və “Referans Medical Group” un direktoru Elgiz Dadaşov imzalayıblar. Tədbirdə iştirak edən hər iki tərəfin nümayəndələri əməkdaşlığın gələcək inkişaf imkanlarını yüksək qiymətləndiriblər.