Beynəlxalq səhiyyə əməkdaşlığında mühüm addım!

Referans Medical Group-a daxil olan American Hospital Tbilisi və Cedars-Sinai Medical Center arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum 4 may tarixində Referans Medical Group-un Müşahidə Şurasının sədri Hansıyar Babayev və Cedars-Sinai Medical Center-in Baş İcraçı Direktoru Heitham Hassoun tərəfindən imzalanıb.

Bu strateji tərəfdaşlıq çərçivəsində American Hospital Tbilisi-nin davamlı inkişafı, klinik mükəmməllik, innovasiya və beynəlxalq tibbi təcrübə mübadiləsinə yönəlmiş əməkdaşlıq imkanları dəyərləndiriləcək.

Məlumat üçün qeyd edək ki, 1902-ci ildə təsis olunan Cedars-Sinai ABŞ-ın ən böyük qeyri-kommersiya xəstəxanalarından biri olmaqla yanaşı, tibbi innovasiya, elmi araşdırmalar və yüksək səviyyəli pasiyent xidməti ilə dünya miqyasında tanınır.

Bu əməkdaşlıq qlobal səhiyyə standartlarının tətbiqi və regionda müasir tibbi xidmətlərin inkişafı istiqamətində fəaliyyətimizi daha da gücləndirir.