Referans Medical Group ilə Sea Breeze arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanda 10 illik fəaliyyəti ərzində yüksək keyfiyyətli tibbi xidmətləri, dəqiq diaqnostik müayinələri, peşəkar həkim heyəti və müasir laborator yanaşması ilə minlərlə pasiyentin etibarını qazanan Referans Medical Group növbəti uğurlu əməkdaşlığa imza atıb.

Referansın səhiyyə sahəsində tətbiq etdiyi müasir standartlar, pasiyent yönümlü xidmət modeli və davamlı inkişaf strategiyası onu ölkənin etibarlı və dinamik inkişaf edən tibbi qurumlarından birinə çevirib.

Məhz bu yanaşmanın davamı olaraq, 18 mart tarixində Referans Medical Group ilə Sea Breeze arasında əməkdaşlıq memorandumu imzalanıb. Sözügedən əməkdaşlıq səhiyyə xidmətlərinin daha geniş auditoriyaya çatdırılması və müasir tibbi imkanların yeni yaşayış mühitləri ilə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

İmzalanmış saziş çərçivəsində Sea Breeze sakinlərinə xüsusi hazırlanmış fərdi tibbi xidmətlər paketi təqdim olunacaq. Bununla yanaşı, Referans Sea Breeze Hospital tərəfindən göstərilən tibbi xidmətlərə 10 faiz endirim tətbiq ediləcək. Bu addım sakinlərin keyfiyyətli və operativ tibbi xidmətlərdən daha rahat şəkildə yararlanmasına imkan yaradır.

Qeyd edək ki, bu tərəfdaşlıq Sea Breeze-in hərtərəfli kurort və yaşayış ekosistemi kimi inkişaf strategiyasını daha da gücləndirir. Layihə çərçivəsində müasir infrastruktur tibbi xidmətlərlə tamamlanaraq sakinlərin sağlam, komfortlu və təhlükəsiz həyat tərzi üçün əlavə imkanlar yaradır.

Yaxın zamanlarda isə Referans Sea Breeze Hospital-ın rəsmi açılışı gözlənilir. Yeni tibb müəssisəsi müasir tibbi texnologiyalar, geniş xidmət spektri və peşəkar tibbi heyət vasitəsilə regionda yüksək səviyyəli tibbi xidmətlərin göstərilməsinə töhfə verəcək. Bu layihə eyni zamanda Referans Medical Group-un səhiyyə sahəsində inkişaf strategiyasının növbəti mühüm mərhələsi kimi qiymətləndirilir.