AGHA İllik HepatoGastro I Forumu

Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin təşkilatçılığı və Referans Medical Group-un dəstəyi ilə 24–25 oktyabr tarixlərində “AGHA İllik HepatoGastro I Forumu: Qastroenterologiya və Hepatologiyanın aktual problemləri” adlı elmi konfrans uğurla keçirildi.

Tədbirdə Azərbaycan, Türkiyə, Qırğızıstan, Serbiya, Moldova və İndoneziyadan 200-dən çox həkim iştirak edib. İki gün ərzində 24 spiker qastroenterologiya və hepatologiyanın müxtəlif sahələri üzrə aktual mövzularda məruzələrlə çıxış edib, elmi müzakirələr aparılıb.