Klinikamızın dəyərli həkimi, otorinolarinqoloq Dosent Dr. Ramil Həşimli növbəti böyük uğuruna imza atdı!

Klinikamızın dəyərli həkimi, otorinolarinqoloq Dosent Dr. Ramil Həşimli növbəti böyük uğuruna imza atdı!
Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü və CWASOS-un (Mərkəzi və Qərbi Asiya Qulaq, Burun, Boğaz və Baş-Boyun Cərrahiyyəsi Birliyi) qurucu baş katibi olan Dr. Ramil Həşimli Bişkekdə keçirilən 4-cü CWASOS Konqresində təşkilat komitəsinin üzvü kimi elmi müzakirələr apararaq birliyin inkişafına töhfə verdi.
Ən qürurverici məqam isə Dr. Ramil Həşimlinin CWASOS-un Vitse-Prezidenti seçilməsi oldu. Bu vəzifə onun bölgədəki elmi əməkdaşlıq və tədris sahəsindəki səylərinin yüksək qiymətləndirildiyini göstərir.
Hazırda CWASOS-a 7 ölkə üzvdür: Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan. Birliyin əsas hədəfi — bölgədə fəaliyyət göstərən KBB mütəxəssisləri üçün davamlı tibbi təhsil imkanları yaratmaq və xüsusilə gənc həkimlərin inkişafına dəstək verməkdir.
Dr. Ramil Həşimlinin bu uğuru həm klinikamız, həm də region üçün böyük qürur mənbəyidir.