Azərbaycanda İlk AĞILLI KAPSUL ENDOSKOPİYA SİSTEMİ OMOM HD REFERANSDA!

Azərbaycanda İlk AĞILLI KAPSUL ENDOSKOPİYA SİSTEMİ OMOM HD REFERANSDA!
28 sentyabr tarixində Azərbaycanda ilk dəfə Referans Medical Group daxili klinikalarda tətbiq olunacaq və mədə-bağırsaq sistemi xəstəliklərin diaqnostikasında QIZIL STANDART hesab olunan Ağıllı kapsul endoskopiya sistemi OMOM HD-nin təqdimatı keçirildi.
İnkişaf etməkdə olan süni intellekt və ən qabaqcıl optik texnologiya ilə birlikdə yaradılan OMOM HD kapsulu endoskopiya tədqiqatlarını misli görünməmiş rahatlıqla və dəqiqliklə şərh etmək üçün nəzərdə tutulmuşdur.
OMOM kapsul endoskopiya sistemi qida borusu, mədə, onikibarmaq bağırsaq, nazik və yoğun bağırsağın müayinəsi üçün istifadə olunur. Bu kapsul sayəsində mədə-bağırsaq sistemi xəstəliklərinin diaqnostikası artıq daha rahat, asan və pasiyentlərə diskomfort hissi yaşatmadan keçiriləcəkdir.
Kapsul mədə-bağırsaq traktının vəziyyətinin obyektiv mənzərəsini yaratmağa və digər müayinə metodlarında görüntüləməsi mümkün olmayan hissələrin diaqnostikasına imkan verir.
Yaxın zamanda kapsulun tətbiqinə başlanlılacaqdır.