" Sosial dəstək-Sağlam gələcək " layihəsi baş tutmuşdur .

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu "Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi" ilə birgə “Sosial Dəstək, Sağlam Gələcək” layihəsinə start verib.
10 sentyabr tarixində Referans Sumqayıt Tibb Mərkəzində və 11 sentyabr tarixində isə Referans Masallı Tibb Mərkəzində sosial lahiyə baş tutmuşdur.
Korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Vətən müharibəsi zamanı yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.
5-16 yaş aralığında olan uşaqlara yeni tədris ilinə hazırlıq məqsədilə ödənişsiz Pediatr qəbulu, LOR həkim qəbulu, USM, EKQ və ehtiyac duyulan laborator xidmətlər göstərilib.

Aksiyanın videohesabatını sizə təqdim edirik.