27 Sentyabr - Anım günü

27 Sentyabr - Anım günü ilə əlaqədar Referans Medical Group-un idarə heyəti şanlı qələbəmizə həsr edilmiş Zəfər parkını ziyarət ediblər.
Zəfər Parkının girişində xatirə daşının önünə gül dəstələri düzülərək, qürur mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.