17 İyun Tibb işçilərinin Peşə Bayramı Günü!

17 iyun Tibb işçilərinin Peşə Bayramı Günü münasibətilə Referans Medical Group əməkdaşlarının mükafatlandırma tədbiri keçirildi.
The Ritz Carlton Hotelində keçirilən tədbirdə Referans Medical Group daxilində 5 ildən çox fəaliyyət göstərmiş, əmək fəaliyyətini yüksək peşəkarlıqla yerinə yetirmiş əməkdaşlar “Təşəkkürnamə” və xüsusi hədiyyələrlə təltif edilmişdir.
Daha sonra Referans Medical Group daxilində fəaliyyəti ilə seçilən bir sıra əməkdaşlarımız Referans Medical Group-a özəl qızıl yaxa nişanı ilə təltif olundular.
Əməkdaşlarımızı bir daha təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.