23 Fevral 2024-cü il tarixində Referans Medical Group təşkilatçılığı ilə Qazaxıstanın Aktau şəhərində Manqıstau vilayətinin pediatr həkimləri üçün “Ключевые вопросы в педиатрии. Междисциплинарный подход” adlı seminar keçirildi.

23 Fevral 2024-cü il tarixində Referans Medical Group təşkilatçılığı ilə Qazaxıstanın Aktau şəhərində Manqıstau vilayətinin pediatr həkimləri üçün “Ключевые вопросы в педиатрии. Междисциплинарный подход” adlı seminar keçirildi. Seminardan foto hesabatı təqdim edirik.
Qeyd edək ki, seminar Manqıstau vilayətinin Tibbin İnkişafı İnstitutunun direktoru Dr.Ləzzət Yesenqaliyevanın dəstəyi ilə keçirildi.

Seminarda 70-ə yaxın həkim iştirak etmişdir və Referans Medical Group daxilində fəaliyyət göstərən həkimlərimiz :
-   Referans Poliklinik Nəsimi filialının Uşaq nevroloqu - Dr.Raisə Tahirova və Uşaq endokrinoloqu Dr.Samirə Nəsibova,
-   Leyla Medical Centerin Pediatriya şöbəsinin rəhbəri Uzman Dr. Kamil Şərifov,
-   LOR Hospitalın Pediatrik Lor cərrahı Op.Dr. Elvira Yaqubova spiker qismində çıxış edərək pediatriyanın aktual mövzularını əhatə edib, iştirakçıları maraqlandıran sualları cavablandırdılar.