Ümummilli Lider Heydər Əliyevin anım günü

Dekabrın 12-də “Referans Medical Group”un rəhbər heyəti müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət ediblər. Ulu Öndərin əziz xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.