"Multidissiplinar laborator metodların tədbiqi" adlı regional konfrans

9 Dekabr tarixində Referans Klinik Laboratoriya Mərkəzinin və Referans Quba Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsindən Quba şəhərində “Multidissiplinar laborator metodların tətbiqi” adlı regional konfrans keçirildi. Konfrasda müxtəlif profilli 70-ə yaxın həkim iştirak etmişdir.

Tədbirdə təqdim olunan çıxışlar daxilində aşağıda qeyd olunan mövzular müzakirə olundu:

- PhD. Dr. Aslıhan Dağdemir (Referans Klinik Laboratoriya Mərkəzinin Laboratoriya müdiri, Genetik) - Prenatal diaqnostikaya genetik yanaşma
- Dos. Dr. Həyat Əliyeva (Referans Klinik Laboratoriya Mərkəzinin Baş konsultantı ) - Mikrobioloji əkilmələrdə rast gəldiyimiz problemlər
- Dr. Könül Bədəlbəyli (Leyla Medical Center-in Laboratoriya müdiri) - Laborator diaqnostikada preanalitik mərhələnin əhəmiyyəti
- Dr. Arzu İbişova (Referans Klinik Laboratoriya Mərkəzinin Patohistologiya mütəxəssisi) - Patohistoloji müayinənin əhəmiyyəti və xüsusiyyətləri
- Dr. Samirə Nəsibova (Referans Poliklinikin Uşaq Endokrinoloqu) - Uşaqlarda endokrinoloji şikayətlər və boy qısalığı
- Dr. Raisə Tahirova (Referans Poliklinikin Uşaq Nevroloqu) - Uşaqlarda inkişaf mərhələləri və ləngiməsi
- Msc. Səkinə Rzayeva - İmmunohistokimya və onun patologiyada önəmi

Bütün iştirakçılara və spikerlərə təşəkkür edirik!