"Serebral metastazlara ümumi yanaşma" adlı konfrans

11 fevral tarixində Referans Medical Group və Anadolu Sağlıq Qrupunun birgə təşkilatçılığı ilə "Serebral metastazlarda ümumi yanaşma" adlı elmi-praktik konfrans keçirildi.
Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə, 6 fevral tarixində Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həyatını itirmiş insanların ruhu bir dəqiqəlik sükutla yad olundu.
Açılış hissədə konfransın sədri, Professor Dr. Kənan Yusif-zadə qonaqlara Referans Medical Group və Anadolu Sağlıq Qrupu arasında 4 aprel 2022-ci ilin tarixli memonranduma əsasən aparılan işlər, keçirilən həkim qəbulları və əməkdaşlar üçün təşkil olunan təlim proqramları haqqında məlumat verdi.
Daha sonra çıxış edən TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, səhiyyə sistemində son zamanlar əldə olunan inkişaf, aparılan islahatlar və xüsusilə beynəlxalq təcrübəyə əsaslanan elmi və praktiki tədbirlərin keçirilməsin önəmini qeyd etdi.
Anadolu Sağlıq Qrupunun Professoru, Neyrocərrah Dr.Serdar Kahraman çıxışı zamanı iştirak edən həkimlərə Anadolu Sağlıq Qrupunun tanıtımı məqsədilə videoçarx nümayiş olundu, daha sonra Türkiyənin aparıcı sağlıq qurumlarından biri olan ASQ inkişafı haqqında məlumat verildi, eyni zamanda Neyrocərrahiyyə sahəsində əldə olunan uğurlar,dünyamiqyaslı görülən işlər haqqında məlumat verildi.
Heydər Əliyev ili çərçivəsində keçirilən tədbirin açılış hissəsində, Referans Medical Group tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub və ulu öndərin səhiyyə sisteminə verdiyi töhfələr qeyd olunub.
Konfransda bir neçə əlaqəli ixtisasların (nevrologiya, neyrocərrahiyyə və radiologiya) kəsişməsində çalışan tanınmış ekspertlər iştirak ediblər, aktual elmi və praktiki aspektlərə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirə aparılıb və iştirakçıların sualları cavablandırılıb.
İki sessiyadan ibarət tədbirdə 100-dən çox həkim iştirak etmişdir və 6 təqdimat dinlənmişdir.
İştirak edən hər kəsə təşəkkür edirik!

Referans Medical Group
Hər kəsə qayğı ilə...