MEDİNEX │Referans Medical Group qeydiyyat sponsoru

Referans Medical Group, 3-4-5 noyabr tarixlərində Baku Expo Centerdə keçiriləcək Medinex - Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin qeydiyyat sponsorudur. «Medinex 2022» – Azərbaycanda tibb və səhiyyə sahələrini əhatə edən yeganə və ən mühüm kompleks tədbir, həmçinin istehsalçılar, distributorlar və sahə mütəxəssisləri görüş yeridir. Sərgi iştirakçıları məhsul və xidmətlərini təqdim etmək, potensial alıcı və tərəfdaşlar ilə işgüzar əlaqələr qurmaq və industriyanın ən müasir trendləri ilə tanış olmaq üçün unikal imkan əldə etmişlər. İnnovasiyalara fokuslanmış format, dövlət səviyyəsində dəstək və geniş beynəlxalq tərkib sərginin uğurlu olmasının əsas səbəbi olmaqla yanaşı növbəti illər üçün gözəl perspektivlər vəd edir.