Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinik 2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir.

Bizim əsas məqsədimiz pasiyentlərimizə beynəlxalq standartlara uyğun tibbi xidmətlər göstərməklə, ölkənin və regionun ən yaxşı laboratoriya və poliklinik mərkəzlərindən birinə çevrilməkdir.

Hədəfimiz daim ən yüksək səviyyəli tibbi xidmət göstərmək və hər kəsin etibar etdiyi mərkəz olmaqdır. Qabaqcıl dünya təcrübəsindən və müasir tibbi texnologiyalardan istifadə edərək, pasiyentlərimizin məmnuniyyətini yüksəltmək əzmindəyik. Məhz bu məqsədimizi əsas tutaraq xidmətlərin keyfiyyət nişanı sayılan ISO 9001:2015 (Keyfiyyətin İdarəedilməsi Sistemi) sertifikatını 2018-ci ildə ilk dəfə, 2021-ci ildə isə ikinci dəfə əldə etdik,  

Mərkəzimizin laboratoriyası dünya standartlarına uyğun müasir avadanlıqlarla, aparıcı Avropa şirkətlərinin istehsalı olan tam avtomatlaşdırılmış cihazlarla təmin olunub. Laboratoriyamızda hal-hazırda 7000-dən çox laborator müayinələr aparılmaqdadır.

Laborator analizlər ən son texnologiyalar və metodikalardan istifadə edilərək, beynəlxalq protokollara və sertifikatlara (QCMD, RİQAS) əsaslanaraq icra edilir və nəticələrin dəqiqliyi kontrol müayinələr vasitəsilə nəzarətdən keçirilir.

"Əldə etdiyiniz nəticə sadəcə rəqəm deyil" şüarı altında xidmət göstərən Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikdə "Doğru nəticə - sıfır xəta" prinsipi qarşıya məqsəd kimi qoyulub. Bütün mərhələlərin beynəlxalq standartlara uyğun şəkildə aparılması üçün mərkəzimizdə ciddi Keyfiyyətə Nəzarət Sistemi mövcuddur. Bu sistem iş prosesininin bütün mərhələlərdə (preanalitik-analitik-postanalitik) düzgün aparılmasını izləməyə və xətaların qarşısını almağa imkan verir.

Pasiyent hüquqlarına hörmət, pasiyentlərin davamlı maarifləndirilməsi və məlumatlandırılması, laborator analizlərin sürətli, doğru, izlənilə və təkrarlana bilən üsullarla həyata keçirilməsi, peşəkar həkim qəbulları və müayinələrinin təşkili mərkəzimizin ən böyük üstünlüklərindəndir.

 

Hal-hazırda Azərbaycanın ən geniş filial şəbəkəsinə malik olduğumuz və Azərbaycanın hər nöqstəsində yerləşən pasiyentlərimizə peşəkar tibbi xidmətlərimizi təqdim edə bildiyimiz üçün qürurluyuq. 

Daha çox oxu

Həkimlərimiz

Pasiyent məmnunluğu